Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ən vacib məsələ müharibədə qalib gəlməkdir” - Zelenski

“Ən vacib məsələ müharibədə qalib gəlməkdir” - Zelenski

Tarix: 24 Dekabr 2022 00:00

"Hamımız üçün ən vacib vəzifə müharibədə qalib gəlməkdir".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Ukrayna Səfirləri Konfransı zamanı bildirib.

O, ukraynalı diplomatları beynəlxalq arenada fəal işləməyə dəvət edib:

"Biz 24 saat, ilin 365 günü Ukraynanın yanında olmalıyıq. İstirahət və məzuniyyət hüququmuz yoxdur. Gündə səkkiz saat işləmək kimi seçimimiz mövcud deyil".

O, Ukraynanın qısa zamanda qələbə qazanması və əhalinin daha təhlükəsiz olması üçün əlaqələrin qurulmasının vacib olduğunu deyib:

"Ən vacib məsələ müharibədə qalib gəlməkdir. Biz düşməndən az yatmalı, ondan çox düşünməliyik, həmçinin daha təsirli risklər almalıyıq".

Milli.Az


Etiketlər:  Ən vacib məsələ müharibədə qalib gəlməkdir Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ