Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 09:56
Bakı. Trend:
Ekvadorun Potovyexo şəhərində onlarla məhbus həbsxanadan qaçıb.
Trend-in məlumatına görə, hadisə ilə bağlı ölkənin daxili işlər naziri Mariya Paula Romo açıqlama verib.
Nazirin sözlərinə görə, məhbusların qaçışı həbsxanadakı etirazların fonunda baş verib.
Qaçmış 50 nəfərin artıq saxlanıldığı qeyd edilib. Hazırda hüquq-mühafizə orqanları qaçması ehtimal edilən digər məhbusların olub-olmamasını araşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin