Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 19:44
Rusiyada, Leninqrad vilayətində Sankt-Peterburqdan olan memar ehtiyatsızlıqdan avtomobili yolda uzanan kişinin üzərindən sürüb və onun başını bədənindən ayırıb.
Sonxeber.net bildirir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.
Hadisə Uşkovo-Qraviynoye yolunun 23-cü kilometrliyində baş verib. "EXEED" markalı avtomobildə olan 41 yaşlı rus Olşanki kəndindən Pervomayski istiqamətində hərəkətdə olarkən magistral yolda uzanan kişini görməyib. Toqquşma nəticəsində zərərçəkənin başı kəsilib.
Xarici avtomobil idarə edən memar 2022-ci ildə sürət həddini aşdığına görə 32 dəfə məsuliyyətə cəlb olunub və mütəmadi olaraq cərimələrini ödəyib. Hadisə ilə bağlı araşdırma aparılır.
İrfan Vəliyev