Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 23:42
Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli.
Sonxeber.net yenipress.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan deyib.
O bildirib ki, azərbaycanlıların Qarabağdakı erməni icmasını "acından öldürmək" niyyəti yoxdur:
"Azərbaycan sadəcə ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır".
İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib:
"Hesab etmirəm ki, bu, çox davam edəcək - danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu, heç də o demək deyil ki, belə bir hadisə sonuncudur".
Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək:
"Hələlik Ermənistanda, Rusiyada və "Qarabağ"da (separatçılar nəzərdə tutulur - red.) vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək".