Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb

“Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb

Tarix: 10 Oktyabr 2019 13:03

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Dərinlikölçmə avadanlığının ehtiyat hissələri”nin və "Limançı" gəmisinin tərsanə təmiri” xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb.

Belə ki, ilkin sənədlər toplusu 18 oktyabr 2019-cu il saat 18:00, tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 24 oktyabr 2019-cu il saat 18.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. 25 oktyabr 2019 17:00-da isə tender təklifi zərflərinin açılışı olacaq.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dərinlikölçmə avadanlığının ehtiyat hissələrinin xidmətlərinin satınalması üzrə elanın müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ