Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 13:33
Bakı. Ləman Zeynalova - Trend:
Belarus parlamenti aşağı palatasının sədri Vladimir Andreyçenko və xarici işlər nazirinin müavini Andrey Dapkyunas oktyabrın sonunda Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Belarusun Bakıdakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, nazir müavini Bakıda keçiriləcək Qoşulmama Hərəkatı üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci sammitində iştirak edəcək.
Sammit oktyabrın 25-26-da keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin