Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymardan PSJ-də antirekord

Neymardan PSJ-də antirekord

Tarix: 29 Dekabr 2022 17:58

Neymar PSJ-də qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib
Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunda qırmızı vərəqlərin sayında antirekord müəyyənləşdirib.

Milli.Az report-a istinadən bildirir ki, 30 yaşlı hücumçu "Strasburq"a qarşı Liqa 1-in XVI tur oyununda uğursuzluqla üzləşib.

Forvard 62-ci dəqiqədə rəqibin cərimə meydançasından simulyasiya etdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Neymar 2017-ci ildə Paris təmsilçisinə keçdikdən sonra 5-ci dəfə qırmızı vərəqə görüb. Bu, həmin müddətdən bəri yerli çempionatda PSJ-nin oyunçuları arasında ən yüksək göstəricidir.

Paytaxt təmsilçisinin azarkeşləri də sosial şəbəkələrdə oyunçunun bu hərəkətini sərt tənqid ediblər.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitib. Neymar cari mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Neymardan antirekord


RƏYLƏR