Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 03:24
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə dönüş nöqtəsi oldu.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri italiyalı politoloq Tiberio Qratsiani deyib.
"2000-ci illərin əvvəlləri əksər analitiklərin "birqütblü an" adlandırdığı, ABŞ-ın "demokratiya ixracı" və bazarların qloballaşması vasitəsilə bütün dünyada hər şey üzərində hegemonluq etməyə çalışdığı bir dövrdür", - deyə analitik bildirib.
O əlavə edib ki, Moskvanın əməkdaşlığı gücləndirmək istəyini ifadə etməsinə baxmayaraq, konfransdan sonra Qərb Rusiya ilə əlaqələrin inkişafını əngəlləməyə başlayıb. Üstəlik, Birləşmiş Ştatlar özünü iqtisadi sahədə Avropa ölkələrinə, hərbi-siyasi aspektdə isə NATO üzvlərinə təzyiq göstərən qüvvə kimi göstərib.
Qeyd edək ki, 2007-ci ildə Münhen konfransında iştirak edən Rusiya lideri Vladimir Putin ABŞ-ın təkqütblü siyasət apardığını iddia edərək, bunu kəskin tənqid etmişdi. Rusiyanın bütün xarici siyasəti bu çıxışdan sonra dəyişmişdi.