Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 17:04
Braziliya millisinin futbolçusu Neymar üçün Seneqalla yoldaşlıq oyunu əlamətdar olub.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu bu görüşlə yığmada 100-cü matçına çıxıb. O, bu göstəricidə Robinyoya çatıb və Braziliya millisində ən çox oynayan futbolçular sırasında "TOP-6"da yer alıb.
Qeyd edək ki, Kafu Braziliya yığmasının tarixində ən çox meydana çıxan futbolçudur - 142 matç.