Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 20:46
"Rusiyanın Qara dənizdəki gəmilərinin sayı xeyli azalıb, bazalarda döyüş növbətçiliyi aparan raketdaşıyıcı yoxdur".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna ordusunun "Cənub" qüvvələrinin komandanlığının sözçüsü Nataliya Humenyuk məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə cəmi beş gəmisi qalıb.
"Bundan əvvəl çoxlu sayda "Kalibr"lərdən istifadə etmişdilər. Amma onları yenidən toplamaq vaxt aparacaq. Onu da xatırlayırıq ki, düşmən üçün bayramlar önəmli deyil, hücuma keçə bilərlər. Çünki onların fəaliyyəti belədir: davamlı olaraq hücum etməyə çalışırlar. İndi buna hazırlıq zamanı çox güman ki, daha çox dron hücumundan istifadə olunacaq və bu arada raket daşıyıcıları da irəli çəkiləcək", - Humenyuk əlavə edib.