Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 21:08
Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizim açdığımız dəhliz sayəsində 16 milyon tondan çox taxıl və taxıl məhsulları Ukrayna limanlarını tərk edərək bütün dünyaya çatdırılıb", - Ərdoğan bildirib.
Qeyd edək ki, ötən ilin iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.