Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 22:44
İstanbulun Sabiha Gökçən hava limanına güclü duman səbəbindən 20-dən çox təyyarə eniş edə bilməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı DHA yayıb.
"22 təyyarə Sabiha Gökçən hava limanına qatı duman səbəbindən eniş edə bilməyib və İstanbul hava limanına göndərilib", - məlumatda bildirilib.
Qeyd edilib ki, hava limanının eniş zolağı bağlı olsa da, uçuş zolağı açıqdır.
***
İstanbulda yaşanan qatı duman səbəbindən Sabiha Gökçən hava limanı "Anadolujet"in 48 reysini ləğv edib. Belə ki, təyyarələrin həm enişinə, eyni zamanda uçuşuna icazə verilmir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.