Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 08:30
Müğənni Valeriya Meladze Rusiya vətəndaşlığından çıxarılmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı senator, Dövlət Dumasının Beynəlxalq Əlaqələr üzrə komitəsinin üzvü Yelena Afanasyeva deyib.
"Meladzenin titulları ləğv edilməli deyil, həm də vətəndaşlıqdan çıxarılmalıdır", - deyə o bildirib.
Bundan öncə "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov Meladzeni təltiflərindən məhrum etməyə çağırış etmişdi.
Qeyd edək ki, Meladze Dubaydakı konsertində Ukraynaya dəstək nümayiş etdirərək, məşhur "Slava Ukraini" şüarını səsləndirib.