Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus ordusuna daha bir zərbə: 500-dən çox ölü və yaralı var

Rus ordusuna daha bir zərbə: 500-dən çox ölü və yaralı var

Tarix: 3 Yanvar 2023 12:12

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var"-, məlumatda deyilib.

Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.

Milli.Az


Etiketlər:  Rus ordusuna daha bir zərbə 500 dən çox ölü yaralı var


RƏYLƏR