Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 18:56
Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı olduğum üçün xoşbəxtəm.
Bunu Trend-ə “Ocaq Sport” klubunu təmsil edən gimnast Ayla Hacıyeva deyib.
O, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda ilk dəfə çıxış etmədiyini deyib.
“Arena çox gözəldir, zal böyükdür və gimnastlar üçün gözəl şərait yaradılıb. Burada çıxış etmək hər zaman rahatdır”.
Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.
Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin