Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimdən maraqlı açıqlama - Yorğanınız ağır olarsa...

Həkimdən maraqlı açıqlama - Yorğanınız ağır olarsa...

Tarix: 3 Yanvar 2023 16:42

Çox eşitmişik, xəstələnən adama tez sağalması diləyi ilə "yastığın yüngül olsun" deyirlər. Türkiyəli həkim Hakkı Akşenerin iddiasına görə isə sağlam olmaq üçün yorğanın ağır olması lazımdır.

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, həkim ağır yorğanda yatmağın insan orqanizminə faydalarından danışıb:

"Ağır yorğan xüsusən, qışda insanı daha çox rahatladır və daha bərk yuxu gətirir. Ağır yorğan orqanizmdə melotonin hormonunun 30 faiz daha çox ifraz olunmasına, nəticədə insanın daha bərk yatmasına səbəb olur".

Daha ağır yorğan dedikdə həkim insan bədəninin yüzdə beşi və ya yüzdə 12-ni təşkil edən ağırlığda yorğanı nəzərdə tutur.

Yəni, təxminən 80 kiloqram çəkisi olan adam 4-9 kilo ağırlığı olan yorğanla yatsa, orqanizminə daha çox fayda vermiş olar.

Xatırladaq ki, melotonin hormonunun orqanizmdə çoxluğu insanı sakitləşdirir, stresi azaldır.


Etiketlər:  Həkimdən maraqlı açıqlama Yorğanınız ağır olarsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ