Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

Bu gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək

Tarix: 4 Yanvar 2023 09:28

Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin bütün böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.

Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb.


Etiketlər:  gün Saakaşviliyə dəstək məqsədilə aksiyalar keçiriləcək


RƏYLƏR