Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin ilk iş gününün HAVA PROQNOZU

İlin ilk iş gününün HAVA PROQNOZU

Tarix: 4 Yanvar 2023 13:48

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq.Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq.Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Milli.Az


Etiketlər:  İlin ilk gününün HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ