Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arıqlamağın yeni üsulu

Arıqlamağın yeni üsulu

Tarix: 5 Yanvar 2023 23:03

Missuri universitetinin tətqiqatçıları (ABŞ) təsdiq edirlər ki, zülallarla zəngin olan səhər yeməyi insanı gün ərzində tox saxlayaraq iştahasını azaldır.

Nəticədə insan həmişəkindən az yeyir və bu ona arıqlamaqda kömək edir.

Səhər yeməyi yeməyən insanlar gün ərzində daha tez-tez və çox yeyirlər və nəticədə artıq çəki yığırlar.

Beləliklə, alimlərin fikrinə görə, səhər yeməyi kifayət qədər tutumlu və zülallarla zəngin olmalıdır ki, insan tək sağlam yox, həm də biçimli olsun.

Hansı qida məhsullarında zülalların miqdarı daha çoxdur? Toyuğun sinə ətində, mal və qoyun ətində, pendirdə, yumurtada, balıqda, göbələkdə, kəsmikdə, qarabaşaqda. Əlbətdə ki, arıqlamaq istəyən şəxs yağsız ət, balıq, kəsmik və pendirdən istifadə etməli, əti və yumurtanı bişmiş vəziyyətdə yeməlidir.


Etiketlər:  Arıqlamağın yeni üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ