Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 09:18
İranın şərəfsiz molla rejimi Ələkrəm Hümbətovun anım mərasimini keçirəcək.
Sonxeber.net xəbər verir ki, bununla bağlı İranda elanlar yayılıb.
1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan separatçı Ələkrəm Hümbətova İranda anım mərasimi keçiriləcək.
Vərəqələrdə "talış-muğan muxtar cumhuriyəti"nin banisi kimi təqdim olunan Ələkrəm Hümbətovun anım mərasiminin yanvarın 7-də Tehranın Psixologiya İnstitutunun akt zalında keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.
Xatırladaq ki, Ələkrəm Hümbətov 2022-ci ilin dekabrın 22-də ölüb.