Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ata-oğul Playstation alan qadını belə aldatdı

Bakıda ata-oğul Playstation alan qadını belə aldatdı

Tarix: 7 Yanvar 2023 19:48

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib.

Lent.az-ın məlumatına görə, televizor, plyastation aparatları və "İphone" telefonları almaq istəyən Bakı şəhər sakini P. Əliyeva M. Ellazov və atası E. Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8782 manat məbləğində pul alıblar.

Ancaq onların vədi yerinə yetməyib. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

Milli.Az


Etiketlər:  Bakıda ata oğul Playstation alan qadını belə aldatdı


RƏYLƏR