Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2023 10:18
Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvarında baş verməlidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının zabiti Taras Berezovets deyib.
"Baxmut yaxınlığındakı vəziyyətə gəlincə, deyərdim ki, bu döyüşün kritik nöqtəsi keçilməmişdir. Hələ qarşıdadır - düşmən Baxmut və Soledarı tutmağa çalışacaq. Yanvarın sonuna kimi bu pik hücum nöqtəsi yaşanacaq. Biz lazımi miqdarda zirehli texnika aldıqdan sonra Xarkov və Xerson vilayətlərində aparılanlara bənzər tammiqyaslı uğurlu hücum əməliyyatları keçirməyə hazır olacağıq", - o bildirib.