Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 13:04
"Seçmə mərhələdə bizim üçün yaxşı başlanğıc oldu. İlk oyunda qələbə qazanmaq xoşdur".
Qol.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Silven Ripol Avro-2021-nin seçmə mərhələsində millimizə qalib gəldikləri oyundan sonra deyib.
O, Fransa Futbol Federasiyasının rəsmi saytına açıqlamasında 5:0 hesablı qələbəyə bxmayaraq, komandasının daha çox qol vurmalı olduğunu bildirib: "Topa sahib olan, oyuna nəzarət edən biz idik. Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı. Xüsusən də, ikinci hissədə effektli oyun çatmadı. Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi futbolçularımızın potensialı böyükdür. Ancaq hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.