Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 13:39
Bakı. Kəmalə Məmmədli - Trend:
Azərbaycanla Əfqanıstan arasında iqtisadi münasibətlər dinamik inkişaf edir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan məhsulları sərgisinin açılışında deyib.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz, bu ilin səkkiz ayı ərzində isə 23 faiz artıb. O əlavə edib ki, araşdırmalara əsasən, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycandan olan ixracın payına düşür:
“Əfqanıstan şirkətləri Azərbaycanda yaradılan əlverişli şərtlərdən yararlanaraq öz məhsullarını burada təqdim edirlər. Bu, Əfqanıstan məhsullarının Azərbaycanda təqdim olunduğu ilk sərgidir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin