Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi DÇ-2026-da iştirak edəcəkmi?

Messi DÇ-2026-da iştirak edəcəkmi?

Tarix: 11 Yanvar 2023 08:24

Düşünürəm ki, Messinin DÇ-2026-da iştirakı mümkündür. Çox şey onun istəyindən asılı olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messinin DÇ-2026-da da iştirak edib-etməyəcəyi ilə bağlı danışarkən deyib.

"Hər şey bu müddət ərzində baş verənlərdən, özünü yaxşı hiss edib-etməyəcəyindən asılı olacaq. Qapılar onun üzünə həmişə açıq olacaq. O, meydanda xoşbəxtdir və oynadığı oyun bizə çox fayda verir", - Skaloni vurğulayıb.

Qeyd edək ki, daha öncə Lionel Messi DÇ-2022-nin onun üçün son mundial olduğunu bildirmişdi.

Milli.Az


Etiketlər:  Messi 2026 da iştirak edəcəkmi


RƏYLƏR