Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 11:30
Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerika kino mükafatı Qızıl Qlobus (Golden Globus Awards) ötən axşam qaliblərə təqdim edilib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sözügedən nüfuzlu mükafatlanma mərasimindən sonra düzənlənən "after party" azərbaycanlı rejissor və aktrisa Təhminə Rafaella da iştirak edib.
Bu haqda isə sənətçi sosial şəbəkə hesabında məlumat verib. O, sözügedən mərasimin qırmızı xalısında bir sıra məşhurlarla fotolar çəkdirərək, izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaella ötən ilik oktyabrında amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.