Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 19:45
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimdən qalmaqallı şəkildə ayrılan Canana müğənniliyə başlayıb.
Sonxeber.net xəbər verir ki, o, Türkiyədə tədbirlərin birində səhnəyə çıxaraq sözləri və musiqisi Novruz Feyzullayevə aid olan "Yandırdın qəlbimi" adlı mahnını ifa edib. Canana səhnədən görüntülərini instaqramda paylaşıb.
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən ilin oktyabrında boşanıb. Cütlüyün 3 övladı var. Uşaqlar məhkəmə qərarı ilə ataya verilib. Daha sonra apellyasiya məhkəməsi uşaqları anaya verib. Qarşı tərəf Ali Məhkəməyə müraciət edib. Hakim yenidən uşaqların qəyyumluğunu anaya verib. (publika)