Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazarbayev bu tituldan məhrum edildi

Nazarbayev bu tituldan məhrum edildi

Tarix: 12 Yanvar 2023 07:56

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (elbası) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "RBC" məhkəmənin qərarına istinadən məlumat yayıb.

"Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında" konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qüvvədən düşmüş hesab edilir", - sənəddə qeyd edilib.

Qeyd edək ki, Nazarbayev Qazaxıstana 30 ilə yaxın rəhbərlik edib və 2019-cu ilin martında bu vəzifəni tərk edib.


Etiketlər:  Nazarbayev tituldan məhrum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ