Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır

ABŞ Rusiyanın “Vaqner” hərbi şirkətini zərərsizləşdirməyə çalışır

Tarix: 13 Yanvar 2023 13:02

"ABŞ Rusiyanın Xüsusi Hərbi Şirkətinin - "Vaqner"in bütün dünyada fəaliyyətini zərərsizləşdirmək üzərində çalışır".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin müşaviri Derek Çolle Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə danışqlar zamanı qeyd edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Vaqner"in Serbiya və başqa ölkələrdən muzdlu əsgərlər cəlb etməsini diqqətlə izləyir: "Bu yolverilməzdir".

Müşavir vurğulayb ki, Serbiyanın bu məsələdən nə dərəcədə narahat olduğunu deyə bilmərəm: "Ancaq biz narahatlğımız haqqında danışdıq. "Vaqner"in fəaliyyətinə son qoymaq üçün hökumətin əməkdaşlıq edəcəyini səbirsizliklə gözləyirik".

D.Çolle bildirib ki, "Vaqner" bütün dünyada, istər Liviyada, istər Mərkəzi Afrika Respublikasında, istərsə də hazırda Ukraynada dəhşətli şəkildə fəaliyyət göstərir.

O, Serbiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə də çağırıb: "Biz hesab edirik ki, bütün ölkələr sanksiyalara qoşulmalıdır. Çünki Rusiyanın hərəkətləri nəinki pislənməli, həm də Kreml cəzalandırılmalıdır. Rusiya Ukraynaya qarşı hər gün amansız, əsassız müharibə aparır. Biz açıq şəkildə bildirməliyik ki, bu cür davranış qəbuledilməzdir".

Məlumata görə, "Vaqner" yaraqlıları hazırda Ukraynadakı rus qoşunlarının ümumi sayının dörddə birini təşkil edir. Qərb kəşfiyyat xidmətlərindən birinin nümayəndəsinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasında "Vaqner" qrupunun rolu durmadan artır.


Etiketlər:  ABŞ Rusiyanın Vaqner hərbi şirkətini zərərsizləşdirməyə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ