Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 08:20
"Soledarda döyüşlər davam edir. Əraziyə heç kim nəzarət etmir".
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, heç kəs Soledarı tutmayıb:
"Təəssüf ki, tam nəzarət Ukraynada da deyil".
Xatırladaq ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmanasının sözçüsü Sergey Çerevatıy Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsi barədə məlumatı təkzib etmişdi.