Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 16:52
Dneprdəki yaşayış binalarına raket zərbəsi endirənlər cəzalanmalıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, dağıntılar bütün gecə təmizlənəcək:
"Biz hər bir insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz bu terrorda iştirak edənlərin hamısını tapacağıq. Hər kəs cavab verəcək. Maksimum", - Zelenski yazıb.
Qeyd edək ki, son məlumata görə, 14 yanvarda Dneprə endirilən raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 60 nəfər yaralanıb.