Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həndbol millimiz Kiprə uduzdu

Həndbol millimiz Kiprə uduzdu

Tarix: 15 Yanvar 2023 19:36

Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçmə turniri davam edir.

Azərbaycan millisi bu gün sonuncu-3-cü turda Kipr millisi ilə qarşılaşıb. Görüş rəqibin 32:23 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Böyük Britaniya Maltanı 44:14 hesabı ilə məğlub edib.

Azərbaycan qrup mərhələsini 2 xalla üçüncü pillədə başa vurub. Böyük Britaniya 5 xalla birinci yeri tutub. İngilislər top fərqinə görə Kipri üstələyiblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi Maltayya qalib gəlib (34:25), Böyük Britaniyaya uduzub (22:39). Kipr isə maltalıları məğlub edib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).


Etiketlər:  Həndbol millimiz Kiprə uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ