Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Müdafiə Nazirliyi ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasını təkzib edib

Türkiyənin Müdafiə Nazirliyi ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasını təkzib edib

Tarix: 12 Oktyabr 2019 05:16

Bakı. Trend:

Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması barədə iddiaları təkzib edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin bəyanatında deyilir ki, Türkiyənin Suruç şəhərinin cənubunda sərhəd zastavaları Amerikanın müşahidə məntəqəsindən 1 kilometr cənub-qərbdə yerləşən yüksəkliklərdən pulemyotlardan və minaatanlardan atəşə məruz qalıblar. Qeyd edilir ki, özünümüdafiə çərçivəsində terrorçuların mövqelərinə cavab atəşi açılıb: "ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması barədə söhbət belə ola bilməz. Cavab atəşindən öncə Amerika bazasına ziyan dəyməməsi üçün bütün lazımi tədbirlər görülüb. Amerika tərəfindən məlumat verildikdən sonra xəbərdarlıq atəşi tərəfimizdən dayandırılıb. Bizim ABŞ və koalisiya hərbçilərini vurduğumuz barədə söhbət belə ola bilməz".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyənin Müdafiə Nazirliyi ABŞ müşahidə məntəqəsinin atəşə tutulmasını təkzib edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ