Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Tarix: 17 Yanvar 2023 08:38

Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.

"Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert zalından götürüləcək", - Burçuladze "Mtavari Arkhi" telekanalının efirində bildirib.

Xatırladaq ki, bazar günü Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da aktyorun həyat yoldaşı və anasının dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında dəfn ediləcəyini qeyd edib.

Milli.Az


Etiketlər:  Kikabidze ilə vida mərasimi yanvarın 17 18 keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ