Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda “Deneyap” texnologiya atelyesi açılıb

Azərbaycanda “Deneyap” texnologiya atelyesi açılıb

Tarix: 17 Yanvar 2023 08:48

Türkiyə Texnologiya Komandası Vəqfi Azərbaycanda "Deneyap" texnologiya atelyesi açıb.

Bu barədə "HaberTürk" telekanalına müsahibəsində "Baykar Teknoloji" şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

O qeyd edib ki, atelyenin açılışı "Teknofest Azerbaycan"ın keçirilməsindən sonra baş tutub. H.Bayraktar əlavə edib ki, şirkətin məhsullarının ixrac olunduğu ölkələrdən 200 tələbəyə təqaüd təqdim edib.

H.Bayraktar əlavə edib ki, şirkətin texniki direktoru Selcuk Bayraktar isə Azərbaycanda texnologiya şirkəti təsis edib.

Bundan əlavə, onun sözlərinə görə, bu gün şirkətə qarşı xarici ölkələrdə qarayaxma kampaniyasının həyata keçirildiyi hallar da olur: "Azərbaycanın 44-günlük müharibədə "Bayraktar-TB2" pilotsuz uçuş aparatları ilə torpaqlarını erməni işğalından azad etdiyindən sonra erməni lobbisi "Baykar Teknoloji" şirkətinə qarşı düşmən mövqe sərgiləyir".

Milli.Az


Etiketlər:  Azərbaycanda Deneyap texnologiya atelyesi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ