Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya Kiyevə ən böyük hərbi yardım paketini ayırdı

Britaniya Kiyevə ən böyük hərbi yardım paketini ayırdı

Tarix: 17 Yanvar 2023 08:51

Britaniya Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə "Challenger 2" tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 və digər müxtəlif silahlar daxil olacaq.

Nazir bildirib ki, Böyük Britaniya Rusiya hərbçilərinin növbəti hücumunu gözləyir. Ona görə də Ukraynanın müttəfiqləri Rusiyaya iqtisadi və hərbi təzyiq göstərmək üçün kollektiv səylərini artırmalıdırlar.

Milli.Az


Etiketlər:  Britaniya Kiyevə ən böyük hərbi yardım paketini ayırdı


RƏYLƏR