Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Rusiyanın Avropa Şurası ilə bütün hüquqi bağlarını qoparır

Putin Rusiyanın Avropa Şurası ilə bütün hüquqi bağlarını qoparır

Tarix: 18 Yanvar 2023 07:52

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının (AŞ) ölkə ilə bağlı beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini təqdim edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,müvafiq sənəd çərşənbə axşamı Parlament Palatasının bazasında yerləşdirilib.

Ümumilikdə, Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsi ilə əlaqədar 21 beynəlxalq müqavilənin etibarsız sayılması təklif edilir. Buraya İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası, Terrorizmə Qarşı Mübarizə üzrə Avropa Konvensiyası, Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyası, Sosial Xartiya daxildir.

Rusiya hökuməti Putinə dekabrın sonunda Avropa Şurasının beynəlxalq müqavilələrini denonsasiya etməyi təklif edib.

Rusiya 26 illik iştirakdan sonra 2022-ci il martın 16-da Avropa Şurasından çıxıb. Fevralın 25-də, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasının ertəsi günü Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın bu təşkilatda, eləcə də AŞPA-dakı hüquqlarını məhdudlaşdırıb. Martın 14-də AŞ Parlament Assambleyası Rusiya nümayəndə heyətinə assambleyadakı üzvlüyünün dayandırılması barədə məlumat verib, daha sonra Rusiyanın AŞ-dən çıxarılmasına səs verib.

Bu il yanvarın 9-da Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasından çıxmaq haqqında qanun layihəsi təqdim edib. Ötən ilin iyulunda Moskva AŞ-nin bir sıra sazişlərində iştirakını dayandırıb. Rusiya da Avropa İnsan Haqları Məhkəməsinin 2022-ci il martın 15-dən sonra çıxardığı qərarlara tabe olmamaq qərarına gəlib.


Etiketlər:  Putin Rusiyanın Avropa Şurası ilə bütün hüquqi bağlarını qoparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ