Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran büdcəni dinə yönəldir: etirazlar artacaq

İran büdcəni dinə yönəldir: etirazlar artacaq

Tarix: 19 Yanvar 2023 12:02

Yeni il büdcəsinin (İranda yeni il Novruzdan başlayır) müzakirələrinə baxdıqda ayrılacaq pulun heç də doğru bölüşdürülmədiyinin şahidi oluruq. Büdcədən dini qurum və təşkilatlara ayrılan məbləğ daha çox artıb.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a Amerikada yaşayan güneyli ekspert Ümid Şükri deyib. Onun sözlərinə görə, dini qurumlar üçün nəzərdə tutulan büdcənin miqdarı məmurlara ayrılan büdcədən ikiqat artıqdır.

"Dörd əsas dini təşkilat ölkədə islamın təbliği ilə məşğuldur. Onların büdcəsi azı 43 faiz artıb. Dövlət məmurlarının maaşında isə gələn il üçün 20 faiz artım gözlənilir. İranın ideoloji təbliğat vasitələrindən biri olan radio və televiziya üçün büdcədən çox pul ayrılıb. Hər il hökumət SEPAH, ordu və radio-televiziyaya büdcədən çox pay ötürür. Ancaq büdcə bölgüsündə Güney Azərbaycana qarşı ayrı-seçkilik edilir. Təbrizə də pul ayrılıb, amma keçən ilə nisbətən fərq var. Bu il İranın iqtisadiyyatı zəif olduğundan büdcənin daha çox mərkəz bölgələrə ayrılması nəzərdə tutulur. Fars əyalətləri üçün isə daha çox büdcə nəzərdə tutulub".

Güneyli ekspert büdcə layihələrindən Urmu gölünə düşən paydan da danışıb:

"İki gün bundan öncə mərkəz rayonlarının su ilə təmini məqsədi ilə layihəyə başladılar. Gələn ilin büdcəsindən bu işin həyata keçməsi üçün pul ayrılıb. Amma Urmu gölünün qurumasının qarşısını alamaq üçün tədbirlər həyata keçirməyə ayrılan büdcə olduqca cüzidir. İstər keçən il olsun, istərsə də bu il. Etirazlardan sonra ölkədə iqtisadi durum heç də yaxşı deyil. Enerji və qaz böhranı yaşanır. Dövlət gələn aylarda bu problemi həll etməyə çalışarsa, bu, inflyasiyaya səbəb olacaq. Xalqın iqtisadi vəziyyəti gələn il daha da pisləşəcək. Bu isə etirazların genişlənməsini qaçılmaz edir. Rəisi hökuməti büdcəni doğru şəkildə bölə bilmədi. Növbəti il ölkə iqtisadiyyatında aydın bir gələcək görmək mümkün deyil. İrana qarşı sanksiyalar aradan götürülməsə, ölkəyə xarici sərmayələr gəlməsə, iqtisadiyyat daha da zəifləyəcək və etirazlar güclənəcək".

Milli.Az


Etiketlər:  İran büdcəni dinə yönəldir etirazlar artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ