Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilosu 21 dollara satılan ağ çiyələk yetişdirildi - FOTO

Kilosu 21 dollara satılan ağ çiyələk yetişdirildi - FOTO

Tarix: 21 Yanvar 2023 10:10

Böyük Britaniyanın "Marks & Spencer" şirkəti yeni hibrid çiyələk yetişdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ağ çiyələk qırmızı çiyələyə tam bənzəsə də, dadı çox fərqlidir.

İstehsalçılar qeyd ediblər ki, yeni növ çiyələk ananas və vanil qarışıqlı şirin dada malikdir.

"Ağ çiyələklərimizin mükəmməl ölçüsünə və keyfiyyətinə nail olmaq üçün ənənəvi çiyələk növü ilə bərabər Yapon ağ çiyələk toxumlarından da istifadə etdik. Biz yeni məhsulumuzu Yaponiyadakı fermerlərlə bərabər təbii mühitdə yetişdirmişik", - deyə istehsalçılar qeyd ediblər.

Əlavə edək ki, ağ çiyələyin 200 qramı müştərilərə 5 dollara (8 manat 50 qəpik) təqdim edilir.

Milli.Az


Etiketlər:  Kilosu 21 dollara satılan çiyələk yetişdirildi FOTO


RƏYLƏR