Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2023 19:28
İran Avropa Parlamentinin SEPAH-ı terror təşkilatları siyahısına daxil etmək qərarına cavab olaraq Avropa ölkələrinin ordularını terrorçu elan edəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyahısına daxil edilməsi ilə bağlı qətnaməsi yanlışdır:
"Bu onu göstərdi ki, sionist tərəfdarı Avropa ölkələrini ciddi yanlış hesablamalar aparmağa məcbur edib. Tehran bu addımlara qarşı öz vasitələrindən istifadə edəcək. Avropa ölkələri İranın maraqlarına zidd olaraq yanlış yol tutublar".