Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşadan qalxan təyyarədə bomba xəbərdarlığı, layneri “F-16” qırıcıları müşayiət edib

Polşadan qalxan təyyarədə bomba xəbərdarlığı, layneri “F-16” qırıcıları müşayiət edib

Tarix: 22 Yanvar 2023 23:14

Polşadan havaya qalxan İrlandiyanın "Ryanair" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində bomba olması barədə xəbərdarlıq siqnalı göndərilib və təyyarə Yunanıstanın "F-16" qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Yunanıstanın ERT1 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, artıq bu iş üzrə bütün yer və hava protokolları cəlb olunub. Hava limanında laynerin enişdən sonra götürüləcəyi xüsusi sahə ayrılıb.

Öz növbəsində "Proto Thema" qəzeti bildirib ki, söhbət göyərtəsində 192 nəfərin olduğu Boeing 738 təyyarəsindən gedir. Bomba siqnalından sonra xüsusi təyinatlı polis bölmələri Afina Beynəlxalq Hava Limanına göndərilib.

Təyyarə Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Sərnişinlər və ekipaj üzvləri sürətlə təxliyə edilib. Təyyarəni müşayiət edən F-16 qırıcıları Volos şəhəri yaxınlığındakı hava bazasına qayıdıb.

Müntəzəm reys həyata keçirən "Boeing 738" Katovitse şəhərindən Afinaya uçurmuş.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Afina hava limanında təyyarə partlayıcı qurğular üzrə ixtisaslaşmış polis bölməsi tərəfindən yoxlanılacaq.


Etiketlər:  Polşadan qalxan təyyarədə bomba xəbərdarlığı layneri qırıcıları müşayiət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ