Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Tarix: 24 Yanvar 2023 21:56

Durarbəyli-Əsədli Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb.

İkinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə oynamaqla adını finala yazdırıb.

İki görüşdən 1,5-0,5 hesabı ilə qələbə qazanan Vasif Durarbəyli həlledici görüşə vəsiqə qazanıb. Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə çempionluq uğrunda final oyununda iştirak hüququ qazanıb.  
Qeyd edək ki, final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa finalçılar arasında tay-brek oynanılacaq. Eltac Səfərli və Məhəmməd Muradlı 3-cü yer uğrunda mübarizə aparacaq.


Etiketlər:  Azərbaycan çempionatında finalçılar müəyyənləşdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ