Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elza: “Onlar Azərbaycan musiqisinə xələl gətirirlər” - VİDEO

Elza: “Onlar Azərbaycan musiqisinə xələl gətirirlər” - VİDEO

Tarix: 25 Yanvar 2023 04:25

Əməkdar artist Elza Seyidcahan növbəti açıqlaması ilə adından söz etdirib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi "Maqazin plyus" verilişində sənətə gələn yeni ifaçıları bayağılıqda ittiham edib.

Elza bildirib ki, illər sonra həmin ifaçılar Azərbaycan musiqisinə xələl gətirdikləri üçün özlərini qınayacaqlar:

"İllər keçəcək, sənətə yeni gələnlərin əllərində qazandıqları pulları da qalmayacaq. Çox heyiflər olsun ki, bizim estradamız bu vəziyyətdədir. Heç bilmirik ki, bu musiqilər haradan bizə gəlib, çıxıb. Vaxt gələcək, onlar da öz yerlərini tapacaqlar. Təsadüfən yersizlər gəlib özlərini yerli hesab edirlər. Sonra onlar özlərini qınayacaqlar ki, biz Azərbaycan musiqisinə xələl gətirənlərik"

Milli.Az


Etiketlər:  Elza Onlar Azərbaycan musiqisinə xələl gətirirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ