Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Böyüklər bir yana, uşaqlar şam kimi əriyirlər" - Aparıcı Aytən

Tarix: 25 Yanvar 2023 13:45

Aparıcı Aytən Səfərova da son günlər yayılan virusa yoluxub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Aparıcı ailə üzvlərinin hər birində hərarət olduğunu bildirib:

"Bu virus bizə də gəldi. Keçib oturdu yuxarı başda. Hamımızda hərarət var. Dərmanları da gərək ikiqat doza qəbul edəsən ki, təsir etsin. Dəhşət... Böyüklər bir yana, uşaqlar şam kimi göz qabağında əriyirlər. Allah şəfa versin hamımıza. Bu gedişlə hara belə?". 

Milli.Az


Etiketlər:  Böyüklər bir yana uşaqlar şam kimi əriyirlər Aparıcı Aytən


RƏYLƏR