Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hər kəsə borcum var'' - Röya Ayxan

''Hər kəsə borcum var'' - Röya Ayxan

Tarix: 28 Yanvar 2023 09:35

"Hardasa 3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə mən heç nə qazanmıram və heç də təəccüblənmirəm, təəssüflənmirəm. Çünki biz o pulların hamısını o qədər xərclədik ki, bu konserti edən şəxslərə, hər kəsə artıq borcum var. Sevinirəm ki, bu gün borcumu ödəmək mənə qismət oldu".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində "Dəli kimi" adlı konsertindən əvvəl jurnalistlərə açıqlamasında deyib. Sənətçi 4 ildir reallaşdıra bilmədiyi konsertinin hazırlıqlarından danışıb: 

"17 gün ərzində bir ilin işini görmüşük. Bir həftə ərzində 25 kostyum hazırlanıb və onları bu gün geyinəcəyəm. Soyunub-geyinmək də elə səhnədə olacaq. Bilmirəm artıq nə edə bilərəm. Çox gözəl bir şou hazırladıq. Əminəm ki, sevəcəksiniz. Bu günlük məni bir az yola verin. Mart ayında başqa bir həyacanla görüşəcəyik". 

Xalq artisti ailə üzvlərinin konsertində iştirak etməyəcəyini bildirib:

"Konsertimdə ailə üzvlərimdən heç kim yoxdur. iştirak etmir. 2020-ci ildə atamı xəstəxanadan bir neçə dəqiqəlik gətirmişdim yanıma ki, onunla Yeni ili qeyd edim. Üç ildir o bayramını xəstəxanada keçirir. Evdən hər kəs həyacanla bu günü gözləyəcək. Oğlum Hüseyn isə məktəbdədir".

Sənətçi fobiyasından da söz açıb:

"Səhnə şousu çox həyəcanlıdır. Ən pisi isə dünən keçirdiyim 20 dəqiqəlik streslə əlaqəlidir, qabırğalarım ağrıyır. Hündürmərtəbəli evdə yaşasam da, fobiyam var. Heç vaxt eyvandan aşağı baxmamışam. Üç ildir yeni evimdə yaşayıram. Eyvan düzəltdirdim ki, çıxıb yola baxaram. Amma hələ bir dəfə də olsun orada oturmamışam".

Milli.Az


Etiketlər:  Hər kəsə borcum Röya Ayxan


RƏYLƏR