Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beş ölkədən təxribatçı Türkiyə xəbərdarlığı – Eyni vaxtda eyni mesajı verdilər

Beş ölkədən təxribatçı Türkiyə xəbərdarlığı – Eyni vaxtda eyni  mesajı verdilər

Tarix: 28 Yanvar 2023 19:03

İsveç və Danimarkada baş verən islamofob təxribatçı aksiyalardan sonra bəzi ölkələrin səfirliklərindən eyni vaxtda Türkiyə əleyhinə açıqlamalar gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hər fürsətdə Türkiyəni ləkələməyə çalışan ölkələr isveçli irqçi siyasətçi Rasmus Paludanın Quran yandırma təxribatından sonra yenidən üzə çıxıblar.

Paludan Türkiyənin İsveçdəki səfirliyi və Danimarkadakı məscid qarşısında Quranı yandırdıqdan sonra ABŞ, Almaniya, Fransa, İtaliya və İspaniya bu ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

Təxribat xarakterli ifadələrin yer aldığı açıqlamalarda Quran yandırma aksiyaları səbəbindən Türkiyədə terror aktları riskinin artdığı, buna görə insanların sıx toplaşdığı yerlərdən qaçınılması lazım olduğu bildirilib.

Almaniya Xarici İşlər Nazirliyi, ABŞ, Fransa, İspaniya və İtaliyanın Türkiyədəki səfirliklərindən eyni vaxtda eyni məzmunda açıqlama verilib.

Milli.Az


Etiketlər:  Beş ölkədən təxribatçı Türkiyə xəbərdarlığı Eyni vaxtda eyni mesajı verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ