Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağciyərlərin eozinofiliyaları

Ağciyərlərin eozinofiliyaları

Tarix: 29 Yanvar 2023 04:06

Ağciyərlərin eozinofiliyaları keçici ağciyər infiltratları və qanda 1,5 X 109- dən çox olan eozinofillərin olması ilə xarakterizə olunur. Ağciyər eozinofiliyası aşağıdakı qruplara ayrılır:
1. Lokal ağciyər eozinofiliyası.
2. Sistemli təzahürlərlə ağ ciyər eozinofiliyası.
Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
* çiçək tozunun allergeninə qarşı sensibilizasiya
* göbələklərin, aspergillərin allergenlərinə qarşı olan sensibilizasiya
* qurd xəstəliklərində helmintozuzun törədicisinin ağciyər toxumasına düşdüyü zaman.
Xəstəlyin əmələ gəlməsinə yuxarıda sadalanan antigenlərin təsirinə cavab olaraq ağciyər toxumasında eozinofillərin toplanmasıdır. Ağciyər toxumasına düşən eozinofillər həm müdafiə, həm də immunapatoloji təsir göstərir. Eozinofillərin təsir mexanizmi iltihab və allergik reaksiyaların inkişafında iştirak edən mediatorları inaktivləşdirən ferment ifraz etməkdən ibarətdir. Bundan başa ezoinofillər eozinofil peroksidazası ifraz edir ki, bu da fermentlərin təsiri altında hidrogen peroksidin əmələ gəlməsinə səbəb olur.
Müdafiə effekti ilə yanaşı eozinofillər böyük əsas zülal və eozinofil kation zülalı ifraz edərək həmçicinin patoloji təsir göstərirlər.
Klinikası:
Xəstələr quru öskürək, zəiflik, əmək qabiliyyətinin itməsi, titrətmə, temperaturun qalxması və döş qəfəsində olan ağrıdan şikayət edirlər. Dəri qaşınması, ödem, dəridə övrə görmək mümkündür. Əksər hallarda xəstəlik simptomsuz kecir.
Diaqnostikası:
Xəstəliyin diaqnozunun qoyulmasında rentgenoloji müayinə, bəlğəmin müayinəsi və qan analizi mühüm əhəmiyyət kəsb edir.
Xəstəliyin gedişatı xoşxassəlidir, vaxtında və düzgün müalicə olunarsa tam sağalma əldə etmək mümkündür.

Milli.Az


Etiketlər:  Ağciyərlərin eozinofiliyaları


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR