Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 17:50
"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent" kimi tanınıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onun adı Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edib. Bu barədə departamentin saytında məlumat dərc olunub. Prusikinlə yanaşı siyahıda daha dörd nəfərin adı da yer alıb.
Bildirilib ki, Prusikin xarici mənbələrdən yardım alıb, dost olmayan ölkələrdə konsertlər verib və çıxışları zamanı Rusiyanın Ukraynaya qarşı davam edən hərbi əməliyyatına son qoyması ilə bağlı çağırışlar edib.
Siyahıdakı şəxslərin hamısının Rusiyada yaşamadığı qeyd olunub.