Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 21:28
Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatının finalında yunanıstanlı Stefanos Tsitsipasa qalib gəlib.
Görüş bazar günü Melburnda baş tutub.
Qarşılaşma 6:3, 7:6 (7:4), 7:6 (7:5) hesabı ilə turnirdə dördüncü nörəyə sahib olan Cokoviçin xeyrinə başa çatıb.
Qeyd edək ki, tennisçilər öz aralarında 13 matç keçiriblər. Cokoviçin 11, Tsitsipas isə 2 qələbəsi var. Hazırda Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində beşinci yeri tutan Cokoviç ispan Karlos Alkarası geridə qoyaraq, siyahıya başçılıq edəcək.
Xatırladaq ki, Cokoviç daha əvvəl 2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020 və 2021-ci illərdə yarışın qalibi olmaqla, turnirin rekorduna sahibdir.