Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 07:12
Qrip.
Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Qrıp virusu vaxtından əvvəl doğuşa səbəb ola bilir. Bu əsasən hamiləliyin son aylarında qrip virusuna yoluxma baş verdikdə baş verə bilir. Doğuşa yaxın qriplə xəstələnən hamilə qadınlarda doğuş zamanı ağırlaşmalar baş verə bilir. Uşaqsalma ağrılı tutmalar zamanı doğuş qüvvələrinin zəifləməsi səbəbindən baş verir.
Vərəm.
Hamilə qadınlar arasında vərəm xəstəliyinə də rast gəlinir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir.
Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını almaq mümkündür.
Malyariya.
Malyariya xəstəliyi uşaqsalmaya və vaxtından əvvəl doğuma səbəb olur. Malyariya zamanı ciftdə qansızma sahələri və digər dəyişikliklər dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün yoluxması baş verir.
Toksiplazmoz.
Bu xəstəlik insanlara xəstə heyvanlardan və xəstə quşlardan keçir. Törədicilər hamilə qadının orqanizminə yaxşı bişirilməmiş qida məhsullarından, zədələnmiş dəridən və selikli qişalardan keçir.